19-07-2016 [17:27]
"Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb".
Bunu Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mir Şahin Ağayev APA-ya açıqlamasında deyib.
M. Ağayev qətiyyətlə bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz:
"Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən sadəcə mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki, bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib".
M. Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir. Bizi xüsusi təəssüfləndirən məqam həm də budur ki, Türkiyədə hərbi qiyam başlanan ilk saatdan ANS-in əməkdaşları fasiləsiz xəbər rejimində çalışmış, Azərbaycan tamaşaçısını hadisə rayonundan ən qaynar xəbərlərlə təmin etmişdi. Qardaş Türkiyədəki təmsilçimiz dəfələrlə hərbçilərin təzyiqi və təhdidləri ilə üzləşmiş, qiyamçıların atəşi altında çalışmışdı. Əməkdaşlarımız ən çətin anlarda belə Türkiyə və Azərbaycan dostluğunu əsas tutmuşdular. Türkiyənin Azərbaycandakı səfirliyi bu fəaliyyətimizə görə bizə təşəkkür etmişdi. Sonda belə alınmasını heç arzulamazdıq. Təəssüf... Bu gün biz həm də ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik. Ona görə ki, ANS-in bağlanmasına gətirib çıxaran addım atmış, onları nigaran və müvəqqəti də olsa ANS-siz qoymuşuq. Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətrafı izahat, lazımi sübut və dəlillər təqdim etmişik və inanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda həmişə azad mətbuata dəstək olan Prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib.
MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.
Şuranın məlumatında, həmçinin, Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi