"Çevrilişdə iştirak edənlərin cənazələri üçün dini xidmət göstərilməyəcək" - Türkiyədə şok qərar

img

19-07-2016 [17:32]


Türkiyədə çevrilişdə iştirak edənlərin cənazələri üçün dini xidmət göstərilməyəcək.

Mia.az Haberturk-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Dəyanət İşləri Nazirliyi yayıb.

Bildirilib ki, cənazə namazı ölən bir mömün üçün qardaşları tərəfindən yerinə yetirilən mərasimdir:

"Bu mərasimdə mömünlər ölən qardaşları üçün dua etməklə yanaşı, haqlarının halal etmələrini bəyanlayırlar. Ancaq çevrilişdə iştirak edən, bütün millətin haqq və hüquqlarını ayaqlar altına almaqla, mömünlərin tezkiyə və dualarını haqq etmirlər. Bu səbəbdən millətimizin və dövlətimizin haqqını hədəfə alan, TBMM başda olmaq üzrə, dövlət qurumlarına bomba yağdıran çevrilişçilərə dini xidmətlər göstərilməyəcək".

Açıqlamada zor, təhdid və yaxud heç nədən xəbərsiz çevrilişdə iştirak edərək, ölən şəxslərin isə istisna edildiyi bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA