Rəsul Quliyevə ağır itki üz verib - Qardaşı dünyasını dəyişdi

img

19-07-2016 [15:49]


Eks-spiker, 1996-cı ildən Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevə ağır itki üz verib.

R.Quliyevin qardaşı, iş adamı Rza Quliyevin atası Sabir Bayram oğlu Quliyev bu gün səhər saatlarında vəfat edib. 

Rəsul Quliyevin qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır. Bununla bağlı müraciət edilib-edilməməsinə dair onun yaxınları müzakirələr aparır. 

Nəzərə çatdıraq ki, bir neçə il öncə keçmiş prezident Ayaz Mütəllibovun oğlu dünyasını dəyişərkən onun yas mərasimində iştirakına icazə verilmişdi.

Allah rəhmət eləsin! 

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA