Qeyri-sabit, küləkli hava zəraiti hələ bir neçə gün davam edəcək

img

19-04-2010 [12:37]


Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-14? isti, axşam 8-10? isti olacaq. Aprelin 20-də - hava buludlu olacaq. Gecə bəzi yerlərdə çiskinli az yağış yağacağı ehtimalı var. Səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9? isti, gündüz 15-18? isti təşkil edəcək. Aprelin 21-də - dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10? isti, gündüz 15-18? isti olacaq. Aprelin 22-də - də dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 8-11? isti, günün birinci yarısında 22-24? isti, günün ikinci yarısında 13-15? isti olacaq. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12? isti, gündüz 16-20? isti, dağlarda gecə 1-5? isti, gündüz 8-13? isti təşkil edəcək. Aprelin 21-22-də əsasən yağmursuz hava davam edəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin 22-də axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, dağlarda arabir güclənəcək, 22-də gündüz qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14? isti, gündüz 18-23?, 22-də 24-26? isti, dağlarda gecə 3-7? isti, gündüz 10-14?, 22-də 17?-dək isti olacaq. Aprelin 20-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı 2 gündə atmosfer təzyiqinin kəskin tərəddüdü, 22-də axşam isə hava şəraitinin dəyişməsi, cənub küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA