Vahid Mustafayevlə Mirşahin saxlanıldı - Prokurorluqda ifadə verdilər

img

19-07-2016 [10:37]


ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, gecə saatlarında daxil olan bu məlumatı teleşirkətdən təsdiqləyiblər. V.Mustafayevlə M.Ağayevin telefonları qapalı olduğundan onların özləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər. ANS şirkətinin rəhbərliyinə qarşı "terrorizmin təbliği” maddəsi ilə cinayət işi qaldırılıb. 

Xatırladaq ki, dünən Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun təqdimatı ilə ANS-in yayımının dayandırlması barədə məlumat yayıb.

*** 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O qeyd edib ki, adlarıçəkilən şəxslərin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində izahatları alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA