19-07-2016 [10:30]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin sabiq şöbə müdiri, YAP-ın yerli təşkilatının 16 il rəhbərlik edən, Bakı, M.Hadi küçəsi ev 11, mənzil 44-də yaşayan İlqar Abdullayev Mia.az-a maraqlı müraciət göndərib.
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
Hörmətli sayt rəhbərliyi!
Mən, Abdullayev İlqar Binyət oğlu 1965-ci ildə Şəki rayonunda anadan olmuşam, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsini bitirmişəm. Universiteti bitirdikdən sonra təyinatla keçmiş Avtomobil Nəqliyyatı Nazirliyində "proqramçı” vəzifəsində işləmişəm. 1999-cu ildə RYTN-in Məlumat Hesablama Mərkəzinə proqramçı vəzifəsinə işə düzəlmişəm. 2001-ci ildə şöbə müdiri vəzifəsinə təyin olunmuşam və 2016-cı ilin 19 yanvarınadək həmin vəzifədə çalışmışam.
İşlədiyim müddətdə "Aztelekom”, "Azərpoçt”, BTRİB, DRİ, Naxçıvan RYTN və s. qurumlar üzrə bir sıra əsaslı layihələrin icrasında yaxından iştirak etmişəm. Eyni zamanda "Elektron hökumət” sisteminin yaradılmasında iştirak etmişəm, Dövlət Reyestrlərini yaratmışam və fəaliyyətini təşkil etmişəm. Mənim televiziya kanallarına, saytlara verdiyim müsahibələrlə, bir sıra elmi konfranslardakı çıxışlarımla, çap olunmuş elmi məqalələrimlə və s. ilə qısaca tanış olmaqla mənim fəaliyyətimə qiymət vermək mümkündür.
Bildirirəm ki, məni Respublika ərazisində (Naxçıvan MR daxil) istənilən ATS-də və poçt şöbəsində bütün işçilər qiyabi də olsa tanıyır və mən ən azından telefonla həmin işçiləri MHM-in Billinq proqramları barədə təlimatlandırmışam. 2000-ci ildən işdən çıxarıldığım günədək Yeni Azərbaycan Partiyasının MHM üzrə yerli təşkilatının sədri olmuşam və Partiyanın bütün tədbirlərində yaxından iştirak etmişəm.
MHM-də 17 illik iş fəaliyyətim dövrümdə irad və töhmət almamışam, əksinə "Rabitə Ustası” fəxri adı və Fəxri Fərmanlar ilə təltif olunmuşam.
Qeyd edirəm ki, nazirliyin və MHM-in əvvəlki rəhbərliyi ilə heç bir qohumluq və şəxsi münasibətlərim olmayıb, və hazırda gənc mütəxəssis kimi 1994-cü ildə Avtomobil Nəqliyyatı Nazirliyində mənə verilən birotaqlı evdə yaşayıram.
Cari ilin 19 yanvar tarixində heç bir səbəb və hüquqi əsas olmadan MHM-in yeni direktoru Elnar Əsədov tərəfindən mənə bildirildi ki, məni başqa uyğun işlə təmin edəcəklər və mən işdən azad olunmağım barədə yox, başqa işə keçirilməyim barədə ərizə yazdım. Lakin heç bir səbəb göstərilmədən, heç bir hüquqi əsas olmadan, qeyri-qanuni olaraq AR Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən (həmin madddədə belə bir şey nəzərdə tutulmayıb) işdən azad edildim.
Fikirləşdim ki, mənə başqa iş təklif olunacaq və gözlədim. Beş ay keçsə də mənə heç bir təklif olunmadı və mən aldadıldığımı başa düşdüm. Hazırda işsizəm və mənim bütün iş təcrübəm rabitə və İKT sahəsi ilə bağlı olduğu üçün mövcud şəraitdə başqa sahədə iş tapmaq mənimçün çətindir.
Ölkə Prezidentinə müraciət etdikdən sonra MHM-dən mənə şablon xarakterli və məntiqsiz bir cavab verilmişdir və həmin cavabla mən qətiyyən razı deyiləm:
1. Təkrarən bildirirəm ki, mən təzyiq altında və başqa işə keçirilməyim barədə ərizə yazmışam, işdən azad edilməyim barədə yox. Əgər MHM-də minimum biliyə malik hüquqşünas və ya kadrlar üzrə mütəxəssis varsa, onlar gözəl bilirlər ki, başqa işə keçirilmək barədə ərizə AR Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən işdən azad edilmək üçün heç bir halda hüquqi əsas ola bilməz.
2. Mövcud şəraitdə kim öz xahişi ilə işdən gedər və əgər gedibsə şikayət edər?
3. Mənə bildirilir ki, mənim bilik və təcrübəmə uyğun MHM-də iş yeri yoxdur. Bu absurddur və tam məsuliyyətimlə bildirirəm ki, hazırda MHM-ə gəlir gətirən bütün ciddi layihələrin hamısının birbaşa iştirakçısı olmuşam və bunu E.Əsədov çox gözəl bilir (çünki həmin layihələrin hamısı ilə onu mən tanış etmişəm).
Düşünürəm ki, RYT Naziri cənab Ramin Quluzadənin qəbulunda olub olanları ona deyə bilsəm, məsələyə ədalətli şəkildə baxılar. Amma təəssüf ki, ölkə Prezidentinin hər dəfə məmurlardan vətəndaşların müraciətlərinə, şikayətlərinə fərdi qaydada, diqqətlə, hörmətlə yanaşılması tələb edildiyi halda, cənab Ramin Quluzadənin qəbuluna düşmək qeyri-mümkündür.
Həm də məni, 16 il YAP-nın yerli təşkilatının sədri olmuş bir vətəndaş kimi bir şey çox məyus edir. Axı bəzi məmurlar niyə səbəbsiz yerə vətəndaşları dövlətdən narazı salmaqda maraqlıdırlar??!!
Mən ədalətə inanıram və buna görə də öz konstitusion hüquqlarımın müdafiəsi üçün sonuna qədər, yorulmadan ölkə Prezidentinə müraciət edəcəyəm. Əgər mənim müraciətlərimə baxılmasa, mən məcbur olacağam ki, Prezident Administrasiyasının qarşısında günlərlə gözləyib, öz sözlərimi hansı şəkildəsə cənab Prezidentə çatdırım.
Hörmətli sayt rəhbərliyi!
İnanıram ki, Azərbaycanda demokratiya və ədalətin bərqərar olması üçün Sizin saytınız da öz töhfəsini verməkdədir və Sizdən xahiş edirəm, mənim müraciətimi olduğu kimi öz saytınızda dərc edəsiniz
Əvvəlcədən öz təşəkkürümü bildirirəm".
Faktla bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. Nazirliyin bu şikayətə mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi