"15 dəqiqə gec çıxsaydım, öldürüləcəkdim" - Ərdoğandan Fətullah Gülənlə bağlı ABŞ-a xəbərdarlıq

img

19-07-2016 [00:56]


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-ın "CNN International” kanalına müsahibəsində çevrilişin baş memarı Fətullah Gülənin təslim edilməsi ilə bağlı ABŞ-a konkret tələbini səsləndirib.

Mia.az xəbər verir ki, Ərdoğan ABŞ-la strateji müttəfiq olduqlarını vurğulayıb və 15 iyul çevriliş planının arxasında duran Fətullah Gülənin verilməsi tələbini kəskin qoyub: "ABŞ onu (Fətullah Güləni) təslim etməlidir, etmək məcburiyyətindədir. Yox, əgər verməzlərsə, o zaman biz də ABŞ-in istədiyi şəxsləri vermərik".

Ərdoğan deyib ki, Gülənin təslim edilməsiylə bağlı müvafiq tələb bir neçə günə ABŞ-a rəsmi şəkildə təqdim olunacaq.

Prezident 15 iyul və 16-sı gecə yaşadığı gərgin durumla bağlı da açıqlama verib: "Həmin günü Marmarisdən 15 dəqiqə gec çıxsaydım, ya öldürüləcəkdim, ya da qaçırılacaqdım. Baxın, oradan İstanbula gəldim, ancaq saatlarla havada qaldım, bütün hava limanlarının elektriki belə kəsilmişdi. Ancaq önəmli o idi ki, xalq meydanlara çıxmışdı və bu da çevrilişin həyata keçirilməsini əngəllədi".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA