Akın Öztürk və həbs olunan generallardan şok etiraf etiraf: "Çevriliş eləmək istədik..."

img

18-07-2016 [20:32]


Türkiyə Hava Qoşunlarının sabiq komandanı, Yüksək Əsgəri Şuranın üzvü general Akın Öztürk çevriliş eləmək istədiklərini etiraf edib.

Mia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, çevrilişlə bağlı həbs edilərək ifadəsi alınan Hava Qoşunlarının sabiq komandanı Akın Öztürk belə bir addımı atmaq istədiklərini boynuna laraq, hadisələrdə iştirakçıl olmasını təsdiq edib.

Məlumatda o da bildirilir ki, Akın Öztürkün də aralarında olduğu 27 general və admiral artıq növbətçi məhkəməyə aparılıblar: "General Öztürk istər savcılık, istərsə də məhkəmədə çevriliş etmək istədiklərini etiraf edib".

Maraqlıdır ki, onun çevriliş günü məzuniyyətdə olduğu da bildirilir. Onun məzuniyyətə çıxmasının səbəbi isə çevrilişə hazırlıq xarakteri daşıyıb. Hadisə günü səhər isə rəhbərliyi məlumatlandırmadan o, məzuniyyətindən yarımçıq qoyaraq, iş başına dönüb. Savcılıqda isə o, bu dönüşünü də çevrilişə yardımla əlaqəli olduğunu deyib. Beləliklə, çevrilişin "kilid adamları"ndan olan Öztürkla bağlı şübhələr belə ortadan qalxdı.

Məlumatda o da deyilir ki, digər generallarda etiraflarını dilə gətirməyə başlayıblar. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA