Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün baza çatır

img

19-04-2010 [12:10]


Aprelin 19-da ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublika ali təhsil müəssisələrinin magistraturalarına sənədlərin qəbulunu 2010-cu il aprelin 12-dən 19-dək (saat 17:00-dək) aparılır. Bakalavrlar şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyasının müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər. Aprelin 19-da saat 09:30-dək 12794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı 2010-cu il mayın 2-də keçirilicək. Sənəd vermiş bakalavrlar aprelin 29-dan mayın 1-dək özlərinə məxsus ?ödəmə kartı?nın iş nömrəsi və şifrindən istifadə etməklə elektron ərizələrinə daxil olub imtahana buraxılış vərəqəsinin çap edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA