Metroda gediş haqqı qalxır? - Tarif Şurasından reaksiya

img

18-07-2016 [17:07]


Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub

Bu qərardan sonra ölkədə metroda gediş haqqının artacağı ilə bağlı söz-söhbət yaranıb. İddia olunur ki, sentyabr ayından etibarən gediş haqqı 40-50 qəpikcivarında müəyyən olunacaq.

Məsələ ilə bağlı baku.ws İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb.

Nazirlik rəsmisi bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də gediş haqqının artırılması məsələsinə münasibət bildirib. O qeyd edib ki, qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı onlar ərəfindən heç bir müraciət olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA