Məşhur general ABŞ-dan sığınacaq istədi, ancaq....- İlginc iddia

img

18-07-2016 [13:14]


Türkiyədə hərbi çevrilişə cəhd etməkdə təqsirləndirilən İncirlik aviabazasının komandanı Bəkir Ərcan Vanın saxlanılmadan öncə ABŞ-dan sığınacaq tələb etməsi aşkarlanıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın "New York Times” qəzeti İncirlik aviabazasının komandanı Bəkir Ərcanın çevriliş cəhdinin uğursuz  olması ilə birlikdə ABŞ-dan sığınacaq tələb etdiyini yazıb.

Amerikalı məsul şəxslərin sığınacaq tələbini rədd etməsindən sonra ABŞ-a getmək ümidini itirən Bəkir Ərcan dünən saxlanılıb.

Hərbi çevriliş etməyə cəhd edən general Ankara və İstanbulda "F16” qırıcı təyyarələrin havada qalması üçün tanker təyyarələr təşkil etməkdə günahlandırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA