İstanbula xüsusi təyinatlı qüvvələr yeridildi - Daha bir terrora cəhd

img

18-07-2016 [10:05]


İstanbula 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri yeridilib.

APA-nın "Anadolu”-ya istinadən verdiyi xəbərə görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi təyinatlılar strateji əhəmiyyətli obyektlərdə yerləşdirilir. Şəhərə həmçinin zirehli texnika yeridilib.

İstanbul təhlükəsizlik xidmətinin rəisi icazə olmadan şəhər üzərində uçan helikokopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.

Xatırladaq ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA