Toyda dava düşdü - 3 nəfər bıçaqlandı

img

18-07-2016 [10:04]


Şəmkirdə toyda kütləvi dava olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.


Yaralılar dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxəş vəziyyətdə cinayəti törətdiyi bildirilir.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA