Almaniya televiziyası Xanım Xəlilova haqda film çəkib

img

18-04-2010 [07:17]


Almaniyanın nüfuzlu "MPL" televiziya kanalı Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı elm adamı Xanım Xəlilovanın ömür yolundan bəhs edən sənədli film hazırlayıb. Bir saat 10 dəqiqəlik film "Sovet imperatoruna qarşı mübarizə" adlanır. X.Xəlilovanın ötən əsrin yetmişinci illərində bir qrup Azərbaycan ziyalısı ilə birlikdə sovet rejiminə qarşı apardığı mübarizədən bəhs edən filmdə 1990-cı ilin 20 Yanvar hadisələrilə bağlı maraqlı görüntülər də yer alıb. "MPL" televiziyası həmçinin mərhum prezident Əbülfəz Elçibəy haqda da film çəkib. "Əbülfəz Elçibəy" adlı film mərhum AXCP sədrinin Azərbaycanın istiqlalı uğrunda apardığı mübarizədən bəhs edir. Filmdə azərbaycanlı alim X.Xəlilovanın Ə.Elçibəylə bağlı xatirələrinə geniş yer ayrılıb. Qısa müddət ərzində bir neçə dəfə "MPL" televiziyası vasitəsilə nümayiş olunan hər iki film Avropa tamaşaçıları tərəfindən maraqla qarşılanıb. İnternet istifadəçiləri www.mrl.com.tr ünvanına daxil olmaqla hər iki filmi seyr edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA