Daha 8 general qandallandı - Türkiyədə həbslər davam edir

img

17-07-2016 [15:04]


Türkiyə Hərbi Hava Qüvvələrinin 8 generalı saxlanılıb.

Hərbi çevriliş planının həyata keçiriləcəyi təqdirdə yüksək vəzifələrə təyin ediləcək 8 general dünən Sabiha Gökçen hava limanında saxlanılıb.

Saxlanılan generallar İrfan Can, İmdat Bahri Biber, Fethi Alpay, Haluk Sahar, Mehmet Özlü, Ahmet Biçer, Şaban Umut və Serdar Gülbaşdır. Polis tərəfindən saxlanılan generallar İstanbul Terrorla Mübarizə İdarəsinə gətiriliblər(APA).

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu günə qədər çevrilişə dəstək verməkdə ittiham olunan 40-dək generalın saxlanması haqda xəbər var. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA