Ermənistanda silahlı qarşıdırma: ölən və yaralılar, girov götürülənlər var

img

17-07-2016 [14:29]


Bu gün bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisini Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.

Hadisə yerinə əlavə qoşun göndərilib. 

Məlumata görə, bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb. Xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

Məlumata görə, hadisə zamanı silahlı şəxslər 7 polisi girov götürüblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatda deyilir: "Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif "Yeni Ermənistan” İctimai xilac cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilir.

Jurnalistlər mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır.

Hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Trend.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA