Kaçinski Azərbaycanda bir dəqiqəlik sükutla yad edilib

img

18-04-2010 [05:37]


Təyyarə qəzası nəticəsində faciəli surətdə həlak olmuş Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin, onu müşaiyət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi aprelin 18-də Bakı vaxtı ilə saat 15:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib. Sükut dəqiqəsində Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin hərəkəti dayandırılmış, gəmi və qatarlar səs siqnalları verib. Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin və onun xanımının dəfn mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Polşaya səfər edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir bu gün Polşanın Krakov şəhərinə yola düşüb. Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı aprelin 10-da Smolenskdə baş vermiş təyyarə qəzasında həlak olublar. Yerə düşən təyyarənin göyərtəsində Kaçinsklərdən əlavə heyət üzvləri, hökümət nümayəndələri də daxil olmaqla 96 nəfər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA