Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı da saxlanıldı

img

17-07-2016 [14:17]


Türkiyədə Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb. Bu barədə Haber 7 telekanalı xəbər verir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini-icitmai xadim Fəthullah Gülənin ekstradisiyasını tələb edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülən hərəkatı dayanır.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir(trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA