Nəcməddin Sadıkov rəisləri Bakıda topladı - Generallarla müşavirə

img

16-07-2016 [18:21]


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilətəlim-metodik toplantı keçirilib.

MİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.
N.Sadıkov iştirakçıları Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayaraq mənəvi-psixoloji hazırlıq işinin yüksək səviyyədə təşkili, tabelikdə olan hərbi qulluqçuların milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də şəxsi heyətin təhlükəsizlik qaydalarına əməl etməsi və digər vacib məsələlərlə bağlı fikirlərini onların diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğıdan söz açan Baş Qəraragah rəisi xeyli sayda yeni hərbi şəhərciklərin istifadəyə verilməsini, ordunun arsenalına müasir döyüş vasitələri, silah-sursat və yeni avadanlıqların daxil edilməsini də xüsusi vurğulayıb.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran Baş Qərargah rəisi Silahlı Qüvvələrdə şəxsi heyətin rifahı naminə həyata keçirilən islahatlar və quruculuq işlərinin davam etdiriləcəyini də qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA