16-07-2016 [12:57]
"Adətən Türkiyədəki bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılırdı. Öncə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verirdi, yaxud ana müxalifət partiyasının gizli dəstəyi alınırdı və ya Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir. Ancaq Türkiyədəki indiki durum fərqlidir".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyədə dövlət çevrilişinə cəhd edən ordu birləşməsinin hərəkətlərinə münasibətini açıqlayan deputat Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, hakimiyyyətin ciddi sosial bazası və 15 illik iqtidar imkanlarından qazanılmış maddi resurslar var:
"Digər tərəfdən, ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifariş də müşahidə olunmur. Fikrimcə, bu, məlum xarici ölkədən yönləndirilən, ancaq perspektivsiz, sadəcə Ərdoğanı silkələyəcək bir xəbərdarlıq aksiyasıdır. Çünki TRT 1-dən mücərrəd "Yurdda Sülh Konseyi" adından açıqlama verilməsi ilə əsgəri axıra qədər bu işi davam etməyə yönləndirmək mümkün deyil.
Üstəlik, hakimiyyətin ciddi media dəstəyi mövcuddur. Əgər işin başında bilavasitə Genelkurmay Başqanı dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq bəlkə də ehtimal oluna bilərdi. Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir".
Deputatın sözlərinə görə, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasını arzulayır:
"Ərdoğandan xoşu gəlib-gəlməmək hər kəsin öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək, bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir. Ona görə də hərbi çevrilişə simpatiya duyanları heç cür anlaya bilmirəm. Bunun adı nə Atatürkçülükdür, nə də Türkiyə sevgisidir. Bunun adı Türkiyənin bu həssas dönəmdə zəifləməsini arzulamaqdır!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi