16-07-2016 [11:13]
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmş Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində 27 iyun-10 iyul 2016-cı il tarixlərində Belçika Krallığının Brüssel, Almaniyanın Dwsseldorf, Berlin və Lüksemburq Krallığının Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işləri həyata keçirmiş, prezentasiyalar, sərgilər təşkil olunub.
Avropa ölkələrində gənc alimlər və gənc alimlər təşkilatları arasında Azərbaycan tolerantlıq, multikulturalizm modeli, eyni zamanda Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılmış və saxtaraşdırılmış tarixi-arxeoloji Qarabağ abidələri, toponimləri haqqında tarixi həqiqətlər təbliğ edilmişdir. Avropa Gənc Alim və tədqiqatçılar Şurasının dəstəyi ilə Belçika, Almaniya və Lüksemburqda təşkil olunmuş seminarlarda Belçikanın "Focus research”, Almaniyanın "THESIS”, Lüksemburqun "LuxDoc”,Avstriyanın"doktorat.at – ÖH Doktorat”, Xorvatiyanın"Mreža Mladih Znanstvenika –MLAZ”, Çex Respublikasının "Studentská komora Rady vysokých škol”, Finlandiyanın "Finnish Union of University Researchers and Teachers”, Fransanın "CJCConfédération des Jeunes Chercheurs”, Macarıstanın "The Association of Hungarian PhD andDLAStudents (DOSZ)”, İtaliyanın "ADI- Associazione Dottorandi e Dottori di Ricerca Italiani”, Litvanın "Lithuanian Society of Young Researchers”, Hollandiyanın "PhD candidates Network of the Netherlands”, Polşanın"Krajowa Reprezentacja Doktorantów”, Norveçin "SiN”, Portuqaliyanın "ABIC– Associação dos Bolseiros de Investigação Científica”, Serbiyanın"Association of PhD candidates and young researchers of Serbia”, Slovakiyanın "Slovak PhD Students’ Association”, İsveçrənin "actionuni der Schweizer Mittelbau”, Ukraynanın "RMU – Young Scientists Council”təşkilatlarından və Avropanın müxtəlif Universitetlərindən gənc alimlər iştirak etmişdir.
Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihəninməqsədindən söhbət açdı. O, məruzəsi zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan edilib və artiq uzun illərdir ki multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi Qarabağ ərazilərində Azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Təqdimatlarda göstərilmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi arayışına görə hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
Seminarda LuxDoc təşkilatının rəhbəri, Luksemburq Universitetinin əməkdaşı Roman Decet, Belçikanın Focus Research təşkilatının rəhbəri Margaux Kressort, İtaliyadan gənc alim Fulvio Puzzi, Finlandiyadan Pirjo Pallanen və digər Avropalı gənc alimlər çıxışlar etdilər.
Avropalı gənc alimlərlə gələcək əməkdaşlığın detalları müzakirə olundu. Seminarların yekununda Lüksemburq universitetinde və, Ticarət Palatasının binasında sərgi təşkil olundu və iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ tarixi, Azərbaycana qarşı törədilmiş soyqırımlar barədə nəşr olunmuş kitablar paylandı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi