Qiyamçı hərbçilər tankla xalqı belə əzdi - VİDEO

img

16-07-2016 [07:14]


Türkiyədə dünən bir qrup ordu mənsubunun hərbi çevriliş təşəbbüsü olduqca qanlı hadisələrin baş verməsiylə yadda qalıb.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın çağırışıyla meydanlara tökülən xalq yolları bağlayan tankların üzərinə çıxıblar. Bəzi hərbçilərin xalqın bu dirənişinə kəskin reaksiya verdiyi qeydə alınıb.

Videolara yansıyan ən tükürpədən hadisə Ankaranın Atatürk hava limanının önündə yaşanıb. İnsan selindən qaçmaq istəyən bir tank qarşısına çıxan vətəndaşları əzib. İ

lkin rəsmi məlumata görə, Ankarada xalqla çevrilişçilər arasındakı qarşıdurmada ən azı 42 nəfər ölüb.

 Təqdim etdiyimiz bu videoda qələbəlikdən qaçan tankın vətəndaşları necə əzdiyi və tankın tır-tırları altında qalan bir etirazçının ikiyə bölünmüş gövdəsi aydın görünür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA