Hesablama Palatası Milli Məclisdə hesabat verəcək

img

17-04-2010 [08:03]


Milli Məclisin aprelin 20-də keçiriləcək iclasında Azərbaycan Hesablama Palatasının illik hesabatı dinləniləcək. Hesablama Palatasının 2009-cu ildəki fəaliyyəti barədə hesabat ?Hesablama Palatası haqqında? Qanunun və Palatanın daxili nizamnaməsinin tələblərinə uyğun hazırlanıb. Hesabat hazırlanarkən dövlət başçısı, Milli Məclis, onun rəhbərliyi və komitələrinin tövsiyələri, müraciət və sorğuları nəzərə alınıb, palatanın cari fəaliyyətini daha səmərəli təşkil etmək və qanunvericiliklə müəyyən olunmuş funksiyaların icrasını mütəşəkkil təmin etmək üçün təşkilati məsələlərin həllinə xüsusi diqqət yetirilib. Hesablama Palatasının 2009-cu ildəki fəaliyyəti qeyd olunmuş qanunlara, palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilib. Bundan başqa, iclasda ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? Qanun layihəsinə üçüncü oxunuşda münasibət bildiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA