Qiyamçı generallardan biri və 42 nəfər öldürüldü - Xeyli yüksək zabitə cinayət işi açıldı (SİYAHI, VİDEO)

img

16-07-2016 [06:37]


Türkiyədə hərbi çevrilişin başında duran və onun iştirakçılar haqqında Türkiyə Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Mia.az xəbər verir ki, baş nazir Binəli Yıldırım bu dəqiqələrdə açıqlama verərək, qiyamçı bir generalın öldürüldüyünü, 300-dən çox hərbçinin isə həbs edildiyini bildirib.

Ankaranın baş prokuroru isə canlı yaymda 3 maddə ilə qiyamın başında duran Baş Qərargah rəisinin ədliyyə işləri üzrə müşaviri polkovnik Məhərrəm Köse daxil olmaqla,  polkovnik Oğuz Akkuş, minbaşı Ərkan Ağın, Doğal Uysal, mayor Erkan Ağın, Derya Yaman, polkovnik Erhan Ermişoğlu, polkovnik Seyfi Tapdıq, polkovnik-leytenant Hasan Saban, baş leytenant Serdar Çamiçi, baş leytenant Akif Us, polkovnik-leytenant Ali Müjdat Köhne, polkovnik-leytenant Uğur Aydın, mayor Qurtuluş Kaya, baş leytenant İlyas Damarseçkin, baş leytenant İsmail Mıngır, leytenant Mehmet Sadık Özgüven, kapitan Sefa Mumcu, baş leytenant Harun Birol Mert, polkovnik-leytenant Uğur İrice, baş leytenant Turan Özen, baş leytenant Abdürrahim Özkan, baş leytenant Süleyman Ülker, leytenant Süleyman Çələbi, polkovnik Naci Akdemir, mayor Ali Koçyiğit, baş leytenant Halil İbrahim Dişçi, baş leytenant Seadət Us, baş leytenant Abdullah AVLI, polkovnik Ferhan Kusca, polkovnik Bülent Çolak, polkovnik Haluk Kamil Yavuz, baş leytenant Zafer Tutorial, baş leytenant Hamid Can Yüksel, baş leytenant Ayhan Doğan, baş leytenant Arif Misin və başqaları haqda cinayət işi açıldığını bəyan edib.

Prokuror onu da bildirib ki, hadisə zamanı 42 nəfər də öldürülüb. Bundan başqa, qiyamçıların 73 şəhər üzrə təyin etdiyi səlahiyyətli şəxslərin siyahısı da artıq ələ keçirilib, onlar da məsuliyyətə cəlb olunacaqlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA