MİT "Qiyam yatırıldı" deyir - Prezident Sarayından isə helikopterlərin mümkün hucumuna qarşı qabaqlayıcı atəşlər açılır

img

16-07-2016 [04:13]


Türkiyə kəşfiyyatının – Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz qiyamın artıq yatırıldığını açıqlayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbəbr verir ki, N. Yılmaz "qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən "vətənə xəyanət" maddəsi ilə mühakimə olunacaq” – deyib.

Türkiyənin NTV kanalı da Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarın artıq xilas edildiyi xəbərini yayıb.

CNN-Türk kanalı artıq TRT-nin də qiyamçılardan geri alındığını və hərbçilərin həbs edildiyini bildirib.

Bu arada qiyamçılara məxsus helikopterlərin Prezident Sarayını vurma ehtimalı nəzərə alaraq, sarayın həyətından ağır çaplı silahlardan havaya sürəkli yaylım atəşlər açılır. Atəşin kortəbii davam etdirilməsinin əsas səbəbi isə helikopterlərin işıqlarını söndürərək qaranlıqda hərəkət edib, qəfil hücumlar təşkil etmələridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA