Boyük Millət Məclisinin binası vuruldu - İşıqlarını söndürən helikopterlər Ankaranı vahiməyə salıb (VİDEO)

img

16-07-2016 [03:48]


Ordunun qiyamçı dəstəsinə məxsus olan helikopterlər Ankarada yerləşən Boyük Millət Məclisinin binasını vurublar.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, BMM-də məclis başqanı və AKP deputatlarının olmasına baxmayaraq, 3-4 helikopter qəfildən məclisə hucum edərək, binanı atəşə tutublar. Hadisə zamanı məclsin binasının üstündə, o cümlədən giriş qapısında böyük partlama səsi eşidilib, ətraf qatı tüstü və yanğına bürünüb.

Maraqlıdır ki, qiyamçılara məxsus helikopterlər işıqlarının söndürərək, hərəkət edirlər. Canlı yayımdan göstərilən süjetə əsasən, onu da qeyd edək ki, hadisə yerinə F-16-lar yönləndirib. Hadisə yerində olan polis qüvvələri və özəl hərəkat qüvvələri helikopterləri ilə qarşılıqlı atışırlar. Bu dəqiqələrdə gərgilik davam edir.

BMM və ətrafı yanğın və tüstüyə büründüyü açıqlanır. Məclisin bütün işıqları da söndürülüb. Deputatlar məclisdəki sığınacaq yerinə enməyə məcbur olublar.

03.44-də  BMM ətrafında daha böyük iki partlama səsi eşidilib. Güman edilir ki, bu dəfə F-16 gecə qaranlığında hərəkət edən helikopterin gizləndiyi ərazini yenə vurub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA