Həmsədrlər təcavüzkar Ermənistana təsirlərini artırmayacaqları halda, Azərbaycan digər üsullara əl atmağa məcbur qalacaq

img

17-04-2010 [08:00]


Aprelin 17-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini Mişel Flornoyu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqazda hərbi-siyasi durum və Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərginliklər ətrafında da fikir mübadiləsi aparılıb. Müdafiə naziri Minsk qrupuna daxil olan həmsədr ölkələrin təcavüzkar Ermənistana qarşı təsirlərini artırmayacaqları halda regionda sülhün əldə edilməsinin mümkün olmayacağını bildirib. O, belə bir vəziyyətdə Azərbaycanın digər üsullara əl atmağa məcbur qalacağını qeyd edib. Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA