"Türkiyə Afrika ölkəsi deyil ki, gecə basqını ilə çevriliş edəsən" - Davudoğlu və Abdulla Güldən sərt açıqlamlar

img

16-07-2016 [02:13]


Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu və sabiq prezidenti Abdulla Gül ordunun çevriliş hərəkətini  sərt şəkildə qınayıb, onları geri çəkilməyə səsləyibllər.

Mia.az xəbər verir ki, Davudoğlu bu ölkənin qürurlu iqtidarı olduğunu deyərək, ordunun başıpozuq dəstəsinin yerini bilməli olduğunu sərt ifadələrlə bəyan edib:"Onlar bilməlidir ki, xalq qəti belə hərəkətə imkan verməyəcək".

Abdulla Gül də bəlirsiz güclərə sərt ittihamlar səsləndirib. Deyib ki, baş qərargah rəisi Hulusi Akarın girov götürülməsi və ordunun içindəki qüvvələrin bu hərəkəti ordu adına "qara ləkə"dir: "Türkiyə bir Afrika ölkəsi deyil. Heç kimsə quldur şəkilində belə gecə basqını ilə xaos yarada bilməz. Həmən bu hərəkətdən vaz keçib, yerlərinə qayıtmalıdır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA