16-07-2016 [00:37]
Türkiyədə iqtidara qarşı hərbi çevrilişə cəhd baş verir; ordu birləşmələri ayağa qalxaraq İstanbulda strateji əhəmiyyət daşıyan iki körpüdə nəqliyyatın hərəkətini dayandırıb. Bundan başqa, qiyamçı hərbçilər orduya aid xeyli texnika və silahla hərəkətə keçərək, açıq formada iqtidara qarşı devirmə başladıqlarını elan ediblər.
Mia.az xəbər verir ki, baş verənlər barədə az öncə Türkiyənin baş naziri Binəli Yıldırım da açıqlama verib.
O, Avropa ilə Asiyanı birləşdirən körpüləri ordudakı yapılanmada yer alan hərbçilərin dövlətə qarşı qiyamı olduğunu təəssüflə açıqlayaraq, deyib ki, baş verənlər hərbçilərin bir qisminin ayaqlanmasıdır: "Millət rahat olsun. Kimsənin qanunsuz əməlinə, demokratik prinsiplərə zidd hərəkətinə, o cümlədən ölkənin seçilmiş hökumətini qanunsuz, hərbi güc tətbiq etməklə devirməsinə imkan verilməyəcək. Bu, ordu içindəki bir qrupun dövlətə üsyana cəhddir. Ancaq heç kimsə bununla istəyinə çata bilməyəcək, demokratiya zidd hər hansı bir hərəkətə yol vermək olmaz. Seçilmiş hökumət var və bu hökumət də iş başındadır. Bu hökumətlə bağlı qərar ancaq millət verə bilər. Bu hərəkətə qalxanlar isə ən ağır formada cəzalandırılacaqlar. Millətimiz rahat olsun".
Baş nazir bildirib ki, hazırda güvənlik gücləri əməliyyata başlayıb və tezliklə hakimiyyəti devirməyə cəhd edən hərbçilər zərərsizləşdiriləcək.
Son məlumata görə, artıq döyüş helikopterləri və jandarma, o cümlədən digər aidiyyatı qüvvələri əməliyyata başlayıblar.
Türkiyənin NTV kanalı F-16 qırıcılarının da havaya qaldırıldığını açıqlayb. Hazırda qiyama qalxan hərbi birləşmələrin zərərsizləşdirilməsi əməliyyatı həyata keçirildiyi açıqlansa da, o da bildirilir ki, Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı üzərində də super helikopter – "kobra"lar alçaqdan uçuş həyata keçirməyə başlayıblar. Bu uçuşların hansı qrup tərəfindən və hansı məqsəd tərəfindən keçirildiyi isə bilinmir…
Türk Silahlı Qüvvələri rəsmi saytında məlumat yayaraq, yönətimə əl qoyulduğunu açıqladı. Artıq ordu rəhbərliyi küçələrə zirehli texnika çıxarıb. Maraqlıdır ki, polislərin orduya qarşı müqavimət göstərdiyi bildirillir, hətta "Vətən" küçəsində silahlı atışma xəbərləri də var.
***
00.36. Bu dəqiqələrdə ordu ilə polis qüvvələri arasında danışıqların getdiyi bildirilir. Ordunun polisdən silahı yerı qoymaq tələbinin olduğu bildirilir… Ancaq əraziya yaxın olan Polis Akademiyası ilə MİT-ə bağlı qurumlarda da güclü atışmalarım eşidildiyi xəbərləri yayılır.
***
00.43. NTV-də canl verilən məlumata görə, Boğaziçi körpüsü yaxınlığında 20 dəqiqəyə yaxındır atışma səsləri eçidilir. Jurnalistlər hadisə yerinə buraxılmır…
00.45. "Anadolu" xəbər verir ki, baş qərargah rəisi Hulisi Akar qiyamçılar tərəfindən girov götürülüb. Məhz bundan sonra qiyamçılar əvvəlcə havaya F-16-ları qaldıraraq, İstanbul üzərindən alçaqdan 1 saata yaxın uşuş həyata kemirdikdən sonra ordu hərəkətə gətirilib.
00.47. Bu dəqiqələrə qədər prezident Ərdoğandan hər hansı bir açıqlama və xəbərin olmaması da Türkiyə mediasının gündəmindədir.
00.55. Bir əsgərin yaralandığı açıqlandı. Xəbərə görə, polis və jandarma qüvvələri də silahlandırılaraq qiyamçı ordu ilə üz-üzə gətirilir. Ordu isə artıq bəzi həssas nöqtələrə tanklalr da çıxarıb və bu görüntülər canlı yayımda da açıq görünür…
01.00. Türkiyə Müdafiə Naziri TSK-nın "yönətimə əl qoyduq" açıqlamasını "korsan (quldur) açıqlama" adlandırdı.
01.01. Atatürk Hava Limanının da ordu tərəfindən nəzarətə alındığı bildirilir…
01.05. "Anadolu" bildirib ki, Ərdoğan bu dəqiqələrdə Atatürk Hava limanına doğru gedir.
01.05. TSK-nin iqtidarı ələ keçirməsi dövlət kanallı TRT-dən rəsmi bəyanatla açıqlandı. Açıqlamada Ərdoğana və hökumətə qarşı açıq ittihamlar yönəldillərək, onların devrildiyini və məhkəməyə çəkiləcəkləri rəsmən bildirilib.
Ordu hazırda ölkədə fövqəladə vəziyyət də elan edib.
01.20. AKP xalqı küçələrə səslədi. Seçilmiş iqtidar isə güvənlik güclərinə orduya müqavimət əmr verdiyini açıqladı.
AKP İstanbul təşkilatı sədri Səlim Timurmu açıqlama verərək, xalqı Atatürk hava limanına Ərdoğanı qarşılamağa səsləyib.
01.25. Ərdoğan bütün xalıq meydanlara küçələrə çağırdı. Bəyan elədi ki, ordunun bu devrimini də puça çıxaracaqlar və "havanı bulandıranların çox ağır şəkilində cəzalandırılacaqlar".
00.33. Daxili İşlər naziri Efqan Ala bu dəqiqədə açıqlama verib. Deyib ki, bu ordunun deyil, bir çetenin çevriliş cəhdidir. Polis, Jandarma hazırda iş başındadır və gərəkli addımlar atılaraq həmin "çete"nin cəzalandırılacağını bəyan edib. Nazir hadisənin başında Fətullah Gülənə bağlı olan "Paralel"çilərin olduğunu açıqladı.
01.40. "Vətən" küçəsində Ərdoğan tərəfdarları tankların qarşını kəsiblər. Xalq tankların qabağına çıxdı, bir tankı geri çəkilməyə məcbur elədi…Türkiyədə durum dəyişirmi?! Maraqlı proseslər gedir… Bir yandan da atəş səsləri eşidilir.
Müxalif liderlərdən isə hələ də səs çıxmır…
01.45. Ərdoğan bir daha açıqlama verərək, baş verənlərin bir çevriliş olmadığını, bu ölkənin baş komandanı olduğunu bəyan edib:
"Bizim bu yöndə şübhələrimiz vardı. Bu hadisələrdə ordunun üst rəhbərliyinin xəbəri yoxdur. Bu vəziyyətin qarşısını alacağıq. Demokratiyaya inanları meydana çağırırıq. Mən də, baş nazir də meydanda olacağıq. Bütün bunalra qarşı addımlar atılacaq. Əminiyyət güclərimiz gərəkənləri atır, atacaqdır. Onlara dərsini verəcəyik. Buradan ordunun açıq fikirlilərinə səslənir, içlərindən çıxanlara qarşı təpkilərini qoymağa səsləyirəm. Bunlar gedəcək, ancaq bizlər əl-ələ verərək bu ölkədə qalacağıq".
Ərdoğan İstanbulda olduğunu deyərək, bütün siyasi qüvvələri meydana çıxmağı səsləyib.
O bildirib ki, ona qarşı hər hansı bir yönəlik addım olmayıb: "Bu cuntalara yerini göstərəcəyik. Bu tanklar onların deyil, millətindir. Millət də onu əllərindən almağı bacaracaq".
01.55. Türkiyənin Avropa üzrə anziri Ömər Çelik hökumətin iş başında olduğunu deyrək, küçəyə çıxanları yerlərinə qayıtmağa səsləyərək, qiyama qalxan ordunun məlum birləşməsinə xəbərdarlıq edib: "Biz işimizin başındayıq. Bu çevriliş cəhdinə qalxanların hər biri cəzasını alacaq. Son nəfəsimizə kimi burdayıq, bu, birbaşa xalqa hucum, qəsddir. Bununla bağlı Avropadakı məsləkdaşlarımla məsləhətləşdim. Hamı bizi, Türkiyənin demokratik iqtidarını dəstəkləyirlər. Bir daha orduya, əsgərlərə səslənirik, qiyama qalxanları özünüz həbs edib. Biz dim-dik durub, ölkəni qoruyacağıq. Nə lazımdırsa görüləcək və buna da şahid olacaqsıznız ki, bu çevriliş cəhdini bərtəraf edəcəyik".

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi