Hökumət məcburi köçkünlərlə bağlı dəyişiklik etdi - Qərar

img

15-07-2016 [17:14]


"1996/97-ci ilin payız-qış mövsümünə hazırlıq, iqtisadiyyatın və əhalinin yanacaq-enerji ehtiyatları ilə təmin edilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında” Nazirlər Kabinetinin 1996-cı il 20 sentyabr tarixli 127 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən 127 nömrəli qərarının 12-ci hissəsi - şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə 1996/97-ci ilin payız-qış mövsümündə çadır şəhərciklərində məskunlaşmış qaçqın və köçkün ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün lazım olan bütün tədbirlərin görülməsi, Dövlət Neft Şirkəti, "Azərbmeşə” İstehsalat Birliyi şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə payız-qış mövsümündə çadır şəhərciklərində məskunlaşmış qaçqın və köçkün ailələrini müəyyən edilmiş miqdarda ağ neft, soba yanacağı və odunla təmin edilməsi ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Azərbaycanda çadır şəhərcikləri 2007-ci ildə ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA