15-07-2016 [16:07]
Yol polisi əməkdaşları vətəndaşlar tərəfindən şər-böhtan xarakterli şikayətlərin artmasından narazıdır. Onlar bu fikirləri "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin nümayəndələri ilə görüşdə bildiriblər.
Təşkilat üzvləri ötən həftə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi" adlı layihə çərçivəsində Naftalan şəzəri və Göygöl rayonlarının yol polisi şöbələrinin əməkdaşları ilə görüşlər keçiriblər. Şər iki rayonda baş tutan görüşlərdə yol polisi əməkdaşları onları maraqlandıran suallarla hüquqşünas Ərşad Hüseynova və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlıya müraciət ediblər. DYP əməkdaşlarının sualları ətraflı şəkildə cavablandırılıb. Ekspertlər yol hərəkəti haqqında və inzibati məsuliyyətlə bağlı qanunvericilikdəki yeniliklərlə bağlı DYP əməkdaşlarını məlumatlandırıb, sürücülərlə ünsiyyətə daha çox önəm verilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, son vaxtlar yol polisi əməkdaşlarından narazılıqların artmasını əks etdirən foto və videoların yayılması müsbət hal deyil. Belə halların baş verməməsi üçün DYP əməkdaşları qayda pozan sürücüləri saxlatdıqda ilk növbədə özünü təqdim etməli, törədilən qayda pozuntusunu aydın şəkildə izah etməli, sonra isə sənədləri tələb etməlidir. Tələbləri yerinə yetirməyən sürücülərə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməlidir ki, gələcəkdə hansısa problemlər ortaya çıxmasın.
Yol polisləri məlumatlandırmadan razılıqlarını bildirərək qeyd ediblər ki, vətəndaşlar tərəfindən onlara qarşı aqressiv münasibət var. Belə ki, bəzi sürücülər yol polisini şərləmək üçün hər yola əl atırlar: "Bəzi sürücülər var ki, maşını saxladan kimi başlayırlar şər-böhtan atmağa. İlk sözləri də bu olur ki, sənin başına oyun açacam. Bəzən qayda pozan avtomobili saxlatdıranda sürücü qalır kənarda, maşından düşən arvad-uşaq bizə hücum çəkir. Hay-küy salıb ətrafdakı insanları başlarına yığırlar ki, məsuliyyətdən yayınsınlar. Heç bir sürücü törətdiyi xətanı səmimi şəkildə etiraf etmək istəmir. Bəziləri yol polisinə qarşı düşmən kimi yanaşır, aqresiyya göstərir".
Yol polisləri onu da bildiriblər ki, bəzi sürücülər mobil telefonla danışarkən və ya təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılarkən hər vasitəyə əl ataraq məsuliyyətdən yayınmağa çalışırlar: "Yanımızda kəməri taxıb and-aman edir ki, taxmışdım, Telefonla danışır, and içir ki, danışmırdım, sübut elə, yoxsa şikayət edəcəm".
Bəzi sürücülərin bilərəkdən qayda pozması və yol polislərinə qarşı kobudluq etməsi də narahatlıq doğuran məqamlardandır.
Qeyd edək ki, layihə çərçivəsində yol polisləri görüşlər davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi