Səbail rayonunda iməclik keçirilib

img

17-04-2010 [03:53]


Səbail rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə iməclik keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə icra hakimiyyətindən məlumat verilib. Verilən məlumata görə, Səbail rayonunun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin, polis idarəsinin şəxsi, o cümlədən deputat Fuad Muradovun iştirak etdiyi növbəti iməjlik ilk növbədə sürüşməyə meyilli ərazi olan Bayıl yamajını, həmçinin Bibiheybət və Badamdar qəsəbələrinin əsas magistral yolların kənarlarını, Şıx çimərlik zonasında yerləşən ?Dostluq parkı?nı, Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov adına parkın ərazisini əhatə edib. Gün ərzində ərazidə 2500 ədəd Eldar şamı, kiparis, zeytun, şam və s. ağajlar əkilmiş, 3000 ağaja qulluq göstərilib. Bayıl yamajı və ?Dostluq parkı?dakı ağajların suvarma məsələlərinə xüsusi fikir verilmiş, burada ağajlar su maşınlarının köməyi ilə suvarılıb. Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət buxtasının torpaqlarının təmizlənməsi və burada pozulan ekoloci tarazlığın bərpası mühüm əhəmiyyət kəsb etməsi hər zaman ölkə başçısının diqqət mərkəzində olmuş və onun çıxışlarında dəfələrlə vurğulanıi. Buxtanın təmizlənməsi və yaşıllaşdırılması istiqamətində Azərbayjan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, artıq 216 hektar ərazi rekultivasiya olunmuş, burada 60 minə yaxın ağaj əkilib. Ərazinin yaşıllaşdırılması və abadlaşdırılması məqsədi ilə ?Bibiheybətneft? NQÇİ-nin xidməti ərazisində də idarənin əməkdaşlarının iştirakı ilə növbəti iməjlik keçirilmiş və 650 ədəd ağaj əkilmişdir. Neftçilərin gündəlik qulluq etdiyi bu ərazilərin yaxın vaxtlarda görkəmi dəyişərək gözəl bir parka çevrilməkdədir. Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi və jari il ərzində rayon ərazisində 38 000 yeni ağajın əkilməsi nəzərdə tutulmuşdur. Bu zaman ərazidə yerləşən park və istirahət güşələrinin sanitar vəziyyətinə xüsusi fikir verilərək burada sakinlərin və şəhərimizin çoxsaylı qonaqlarının istirahəti üçün yaradılan şəraitin səviyyəsinin daha da artırılması üçün bütün tədbirlər görüləjəkdir. [left][/left][left][/left]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA