Baş Prokurorluqdan Mahmudov barədə - “İstintaq qrupu araşdırır”

img

15-07-2016 [14:28]


Baş Prokurorluq yanında keçmiş MTN rəhbərliyinin işlərini araşdıran xüsusi istintaq qrupu fəaliyyət göstərir.

Bu barədə bu gün jurnalistlərə baş prokurorun müavini, Korrupsiya ilə Mübarizə Baş İdarəsinin başçısı Kamran Əliyev deyib. Onun sözlərinə görə, istintaq qrupu sıx qrafik əsasında işləyir:  "Keçmiş MTN rəhbərliyinin bütün korrupsiya faktları və digər cinayətləri həmin qrup tərəfindən araşdırılır”, – Kamran Əliyev qeyd edib.

Xatırladaq ki, "MTN işi” üzrə bu qurumun iyirmiyə yaxın keçmiş yüksək rütbəli zabit və generalları məsuliyyətə cəlb olunub.

 Onların hamısı cinayətkar dəstənin yaradılmasında, quldurluqda, insanların oğurlanmasında və korrupsiyada ittiham edilirlər. Cinayətkar dəstəyə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA