15-07-2016 [11:34]
"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB - nin təsis etdiyi "İrəvan - 2018” Hərəkatı "Qafqazın faşist dövləti: Ermənistan" mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masanı giriş sözü ilə açan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB – nin və "İrəvan - 2018” Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin önəmindən bəhs edib və bu tədbirdə qeyd olunacaq məsələlərin vacibliyindən danışıb. O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman mətbuat nümayəndələri ilə görüşəndə jurnalistləri informasiya müharibəsində fəal iştirak etməyə, müdafiədən hücum taktikasına keçməyə çağırır: "Biz də bir təşkilat olaraq, məhz bu missiyanı üzərimizə götürmüşük və imkanlarımız daxilində bu işin öhdəsindən gəlməyə çalışırıq. Elə məhz bu səbəbdən də "BİRA”-nı və "İrəvan - 2018” Hərəkatını təsis etmişik. Düşünürük ki, bu yöndə çalışmalarımızı daha da intensivləşdirək”.
Daha sonra Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, professor Qafar Çaxmaqlı mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Q.Çaxmaqlı qeyd edib ki, 2004-ci ildə Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş "Qaregin Njdenin Təlimi" kitabı artıq hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. Bundan başqa, bu gün kasıb Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi "milli qəhrəman" Qaregin Njde haqqında çəkilib: "Filmdə ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njdenin 1930-cu illərdə "Tsexakron" (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Eyni zamanda, onun Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxs olduğuna işarə vurulur. Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu "fədakarlığı " təmizə çıxarılır.
Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə veriblər. Njdenin və onun cəfəng "ideologiyasının" ölkəni idarə edən Respublikaçılar Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi erməni toplumunun nə vəziyyətdə olduğunun sübutudur”.
Daha sonra mövzu ətrafında çıxışlar başlayıb. Tədbirdə çıxış edən"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin sədri Mehdi Mehdiyev, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, "Eko Ekspert” İB – nin Şəbnəm Rəfailqızı, "Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Dünya Azərbaycanlıları Vətənpərvərlər İB-nin sədri Nəsimi Qarabağlı, BSU-nun tarix müəllimi Cavanşir Beydullayev və başqaları çıxış edərək erməni vəhşiliyinin bütün dünyaya çatdırılması baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışıblar.
Sonda "İrəvan - 2018” Hərəkatı tərəfindən professor Qafar Çaxmaqlının ssenari əsasında ingilis dilində hazırlanan "Qafqazın faşiost dövləti: Ermənisrtan” adlı videoçarxı tədbir iştirakçılarına təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi