Həccə ziyarətinə sənəd qəbulunun vaxtı uzadıldı

img

15-07-2016 [10:55]


Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun vaxtı iyulun 31-nə qədər uzadılıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, müddətin uzadılmasına səbəb VİP ziyarət üçün nəzərdə tutulan yerlərin hələ də dolmamasıdır. Bahalı ziyarət üçün ayrılan yerlərdən 50-si hələ də boş qalıb.

Xatırladaq ki, nisbətən ucuz ziyarət üçün nəzərdə tutulan yerlər artıq dolub. 

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət sentyabrın 2-də başlayacaq, ayın 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.
APA.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA