14-07-2016 [10:55]
Azərbaycanın lider mobil operatoru Azercell Telekom təklif etdiyi xidmətlərin müştərilər tərəfindən daha rahat istifadəsi üçün hər zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklər tətbiq edir.
Ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Azercell tərəfindən istifadəyə verilən Onlayn Müştəri Xidmətləri portalında da istifadəçilər üçün bir sıra yeniliklər edilib. Daha müasir və xoş dizaynda abunəçilərə təqdim edilən Onlayn Müştəri Xidmətləri portalında indi qeydiyyat forması daha da sadələşdirilib.
Azercell müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir. Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər. Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər. Ən önəmli yenilik isə ondan ibarətdir ki, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilər. Abunəçilər Azercell-in təqdim etdiyi Onlayn Xidmətlərdən aşağıdakı link vasitəsilə yararlana bilər: https://www.azercell.com/selfservice/client/
Onu da qeyd edək ki, bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominqdə ikən beynəlxalq zənglərə pul xərcləmədən Azercell ilə əlaqə yaradır, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldirlər. Onlayn müştəri xidmətləri bütün kateqoriyaya aid abunəçilər – Fakturalı Xətt, Fakturasız Xətt (SimSim) və Korporativ abunəçilər üçün tətbiq edilir.
Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, onlayn şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi