İlham Əliyev Ukrayna prezidentini belə qarşıladı - Fotolar

img

14-07-2016 [10:44]


Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident Ilham Əliyev raport verib.Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdiriblər.

Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.

Prezidentlərin təkbətək görüşündən sonraAzərbaycan və UkraynaPrezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Şuranın iclasının yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanacağı planlaşdırılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA