13-07-2016 [14:54]
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Belarusun nümayəndə heyəti Müdafiə Nazirliyində rəsmi qarşılanıb. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
"Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcəkdir. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "АDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaqdır", – deyə, general-polkovnik N.Sadıkov əlavə edib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus Respublikası bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək".
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Sonda ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi