13-07-2016 [13:06]
"Özüm də dəfələrlə avtomobil idarə edən zaman yol polisinin reket və qanundankənar, oğru və hiyləgər davranışlarının çox şahidi olmuşam. Rüşvət almalarına, şantaj etmələrinə, qanunu bilməyənlərin biliksizlikindən istifadə edib, sürücülərin başına torba hörmələrinə də şahidlik etmişəm. Onu da bilirik ki, yol polisi işə çıxanda "çörək pulu çıxarmaq" düşüncəsi ilə çıxır. Yəni yolu tənzimləmək yox, qayda pozuntularına imkan yaratmaq, pusquda durub güdmək, bilməyərəkdən qanun pozan sürücünün qanun pozmasının qarşısını almaq əvəzinə, durub gözləmək və anında qırğı kimi başının üstünü kəsdirmək. Budurmu qanun?”.
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) alternativ qurumunun rəhbəri Razi Nurullayev deyib.
O qeyd edib ki, dövlət başçısı yol polisinin qanunsuz hərəkətləri ilə bağlı bir neçə dəfə sərt danışıb: "Yol polisinin yazdığı cərimənin 25 faizini onların əmək haqlarına əlavə edilməsi barədə qanuna dəyişiklik və ya əlavələr edilib. Yol polisinin əmək haqları orta azərbaycanlının əmək haqqından bir neçə dəfə çoxdur. Amma, yenə də rüşvətxorluq, qanunsuzluq, oğurluq və reketçilik davam edir.
Hər bir ailədə bir neçə nəfər sürücü var, demək yol polisi hər bir ailəni incidir, dövlətdən narazı salır. Prezident İlham Əliyev vətəndaşların, hər bir azərbaycanlı ailənin qeydinə qalaraq, onları yol polisinin zorakalığı və qanunsuz hərəkətlərindən qorumaq üçün yol polis sistemini ləğv etməli, yerində respublika yol hərəkətinə nəzarət idarəsi yaradılmalıdır. Bu idarənin işi yol hərəkətini tənzimləmək olmalı, yol mədəniyyətini formalaşdırmaq, sürücüləri mədəni və uyğun tədbirlərlə tərbiyələndirmək olmalıdır.
Dərhal yol polis sistemi prezident fərmanı ilə tarixə qovuşmalı, yerində Respublika Yol Nəzarəti İdarəsi yaradılmalıdır.
Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi müraciət edirəm. Xahiş edirəm ki, bu təklifi nəzərə alsın və dərhal yoxlamaların başlaması, Gürcüstan və Ukrayna təcrübəsinin öyrənilməsi barədə göstəriş verilsin”.
Partiya sədri deyib ki, yol polisinin vəzifələri Azərbaycan təcrübəsindən fərqli olaraq tamam fərqlidir: "Yol polisi yolu tənzimləməlidir və yol hərəkəti qaydalarına sürücülərin əməl etməsinə kömək etməlidir. Yol polisi kol dibində, görünməyən yol ayrıcı və əyrilərində gizlənə bilməz. Əksinə, o elə yerdə dayanmalıdır ki, sürücü onu görüb qanunu pozmasın. Radar gizlətmək üçün deyil, radar sistemi də ona görə qoyulur ki, sürücü görsün, bilsin və qaydanı pozmasın. Bir kilometr məsafədən də sürücüyə xəbərdarlıq edilir ki, radar var. Yol polisi də radar kimi işləməlidir, onun vəzifəsi sürücülərlə siçan-pişik oynamaq deyil. Yol polisi sürücünün arxasınca düşüb qəza vəziyyəti yaradırsa, bu cinayət kimi bir əməldir. Yol polisi yolda sürücülərin daha təhlükəsiz və rahat getməsi üçün çalışmalıdır. Azərbaycanın yol polisinin isə birinci vəzifəsi cəza tədbirləri görməkdir. Belə çıxır ki, yol polisi idarəsi də düzgün ad deyil, adı Yol Cəza Xidməti olarsa, görünür daha məqbul olar.
Yolda qəza baş verərkən inanın ki, yol polisinin ölüm yoxsa, birinci sualı və ya cümləsi belə olur: "sənədləri verin" . Bu lənətlənmiş sürücülük vəsiqəsi, texniki pasport bu qədər önəmlidirmi? Yol polisi görən sürücü həyəcanlanır, qorxur, narahat olur, əsəbləşir və bütün borc və xərclərini xatırlayır. Yol polisi sanki Əzraildir, can almağa gəlib. O, axı sürücüyə yardım etməyi, ona təsəlli verməyi bilməlidir. Qəzaya uğramış, xərcə düşmüş, sağlamlığını itirmiş, əmlakına ziyan dəymiş bir sürücüyə təsəlli və ilk yardım lazımdır. Amma, zərərçəkən sürücülər nə edir? Tez maşını yoldan çıxarıb gizlətməyə çalışırlar, sınmış qol-qıçlarını unudurlar. Çünki, maşını düzəltmək, sağlamlığı düzəltmək bir xərc, üstəgəl yol polisinin və hadisə yerinə gələn müstəntiqin alacağı rüşvətlər, qapılarda saatlarla gözləmələr, əsəb gərginliyi və s. bir dərd.

Maşınların evakuatorla aparılması praktikası çox yanlışdır. Birincisi, kimsə gəlib maşının üzərində yazılıb qoyulan cəriməni görərsə, bir də orada saxlamaz. Amma, nə baş verir. Maşın cərimə meydançasına aparılır, sürücü şəhəri ələk-vələk edib maşınını axtarır, tapır, cərimədən iki dəfə artıq kiminsə cibinə ödəyir və söyə-söyə geri qayıdır. Maşınların evakuatorla aparılması rüşvət mənbəyidir!
Çox az adam tapılar ki, rüşvət vermədən sürücülük vəsiqəsi alsın. İmtahandan keçənlər var, amma onlar da sürmə imtahanında rüşvət verməli olublar. Azərbaycanda yol mədəniyyəti çox aşağıdır. Rüşvətlə sürücülük vəsiqəsinin paylanması davam edir. Bunun qarşısı alınmayınca, kor və nadan sürücülərin sayı artacaq.
Təklif edirəm ki, Yol Polis Sistemi ləğv edilsin, sürücülük vəsiqələrinin verilməsi isə ASAN xidmətə tapşırılsın. İmtahanların verilməsi isə Dövlət İmtahan Agentliyinə həvalə edilsin. Əlavə olaraq, təklif edirəm ki, yaş hədlərinə bölünərək, sürücülük vəsiqələri almış şəxslər yenidən imtahan versinlər. Yol mədəniyyətsizliyinin qarşısının alınması və qayda-qanunların yaradılması mexanizmlərindən biri də budur. Kütləvi yox, yaş hədlərinə uyğun olaraq imtahanlar təyin edilsin və proses 10 il ərzində başa çatdırılsın”.
Qeyd olunan məsələlərlə bağlı partiya sədri prezident İlham Əliyevə müraciət edib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi