13-07-2016 [12:52]
"Azərbaycanda hazırki situasiyada müxalifət-iqtidar dialoquna ehtiyac duyulmur. Ölkədə böhran vəziyyəti yoxdur ki, iqtidarla müxalifət qarşı-qarşıya oturub nəyisə müzakirə etsin”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Azərbaycanda bəzi siyasi qüvvələr dialoq deyəndə üz-üzə oturub hansısa məsələnin müzakirəsi kimi başa düşürlər:
"Dialoq geniş məhfumdur. Bu ilk növbədə mühitdir. Bu, elə bir sərbəst mühitdir ki, hər bir tərəf öz fikrini açıq şəkildə ifadə edə bilir, mövqeyini qanunun imkan verdiyi çərçivədə müdafiə edir, bloklar yaradır, gələcək planlarını açıqlayır.
Bu mühitdə mətbuat vasitəsilə, hansıa tədbirlərdə tərəflər həm polemikaya girir, həm qarşısındakının mövqeyini öyrənir, həm də hansısa məsələdə öz mövqeyini daha da dəqiqləşdirirlər. Dialoq ilk növbədə budur. Dəyirmi masa arxasında görüş isə dialoqun formalarından biridir. Azərbaycanda oturuşmuş, stabil bir dövlət var. Azərbaycanda proseslər konstitusiya çərçivəsində gedir. Hər bir vətəndaşın və siyasi qüvvənin hüquqları qorunur. Demokratik dövlət olduğumuza görə, siyasi rəqabət var. Müxalifətlə iqtidar hər biri öz mövqeyinə uyğun tərəfdarlar toplayır, öz siyasətini aparır”.
A.Mirzəzadə qeyd edib ki, hazırki situasiyada iqtidar-müzalifət dialoquna ehtiyac yoxdur: "Bununla belə müxalifət tərəfdən hər hansı bir məsələnin müzakirəsi ilə bağlı görüş istənilərsə, təklif olunarsa, iqtidar onu dinləməyə, təklif olunan məsələni müzakirə etməyə hazırdır. Yəni, iqtidarın qapısı istənilən qüvvə üçün açıqdır, istənilən məsələni müzakirə etmək olar. Müzakirələr heç vaxt konstitusiyanı və qəbul edilmiş qanunları əvəz etmək hüququna malik olmamlıdır”.
Millət vəkili vurğulayıb ki, müxalifət tərəfindən YAP-a dialoqla bağlı müraciət daxil olmayıb.
AzVision.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi