"Yeni qaydalar hazırlanacaq" - Komitə sədrindən "tax free" açqılaması

img

13-07-2016 [12:03]


"Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq".

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. "Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər", - deyə A. Əliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq. Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq.

"Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir. Dövlət Gömrük Komitəsi sistemin tətbiqinə tam hazırdır", - deyə A. Əliyev qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA