12-07-2016 [16:27]
"Əgər Türkiyə alman deputatlara İncirlik Hərbi Hava bazasını ziyarət etməyə icazə verməsə, Almaniya öz hərbi qüvvələrini bazadan geri çəkə bilər".
Bu sözləri Almaniya parlamentinin sədri Norber Lammert söyləyib.
"Bir daha vurğulamaq istərdim ki, Bundestaq başqa bir ölkəyə hər hansı bir beynəlxalq missiya çərçivəsində qoşun göndərir. Əgər orada onlar məmnun deyillərsə, deməli uzun müddət qalmayacaqlar" – deyə Lammert bildirib(ANS).
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi iyulun əvvəlində başda Almaniya Federal Müdafiə Nazirliyinin müşaviri Ralf Brauksiep bir qrup alman millət vəkili ilə birlikdə İncirlik hərbi hava bazası girişinə qadağa qoyub.
Baş verənlərlə bağlı bir müddət əvvəl açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "siyasətçilərin İncirliyi ziyarət etməsinə lüzum görmürük", – deyə bildirib.
XİN rəhbəri bu sözləri Ankarada olan Malta XİN başçısı ilə ortaq mətbuat konfransında deyib: "Bu bazaya gəlmək istəyən hərbi texniki heyətlərin hamısının üzünə qapı açıqdır. Amma hazırkı mərhələdə hərbçi olmayan heyətlərin, özəlliklə də siyasətçilərin İncirliyə girişini düzgün hesab etmirik".
Onu da qeyd edək ki, iyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.
Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.
Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.
İncirlik hərbi bazası
Son olaraq onu da bildirək ki, Suriyada terrorçulara qarşı aparılan əməliyyatlarda iştirak etmək üçün 2015-ci ilin dekabrında Almaniyanın "Tornado" kəşfiyyat təyyarələri İncirlik Hərbi Hava Bazasında yerləşdirilib. Hazırda bazada 200-dən çox alman hərbçisi var. "Tornado" təyyarələri demək olar ki, hər gün Suriyada kəşfiyyat əməliyyatları həyata keçirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi