Dövlət rəmzlərimiz ümumdünya Əqli Mülkiyyət Təzkilatında qeydiyyata alınıb

img

16-04-2010 [03:42]


Azərbaycan Respublikasının dövlət rəmzləri ? bayraq və gerb beynəlxalq mühafizə məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq bürosunda qeydiyyata alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanın dövlət rəmzlərinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq bürosunda qeydiyyata alınması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi müraciəti əsasında reallaşıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilib. Paris Konvensiyasının müvafiq maddəsinə uyğun olaraq dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri və damğalarının əmtəə nişanı kimi, yaxud nişanlarda xüsusi element kimi qeydiyyata alınmasına və istifadə edilməsinə yol verilmir. Azərbaycan sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 1995-ci il dekabrın 25-də qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA