12-07-2016 [14:39]
Rusiya xarici işlər naziri Sergey Lavrov iyul ayında həm İrəvanda, həm də Bakıda oldu. Cəbhə bölgəsində aprel döyüşlərindən sonra Lavrov hər ay ən azı bir dəfə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Sergey Lavrov İlham Əliyevlə yanaşı, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Mia.az xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, dünənki və bugünkü görüşlərdə və mətbuata verilən açıqlamalarda aşağıdakı fikirlər diqqəti çəkir:
"- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınıq;
– Son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamika var;
– Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə ehtiyatla yanaşılmalıdır.
– Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail olmaq mümkündür;
– Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər.
Beləliklə, Bakıda səsləndirilən açıqlamalar sanki optimiz üşün əsas verir. Hətta Sergey Lavrovla görüşdə Elmar Məmmədyarov belə bir fikir də işlətdi: "Danışıqlar masasını mərhələli şəkildə, addım-addım mövcud problemlərdən təmizləməliyik”. Əslində bu ifadə ilə rəsmi Bakı danışıqların "mərhələli həll” planından kənara çıxmadığına işarə edir. Ancaq Lavrov Bakıda bir dəfə də "mərhələ” ifadəsi işlətmədi.
Bu ondan xəbər verir ki, Kreml münaqişənin həllinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. Əks halda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Prezidentlərin Sankt-Peterburqdakı danışıqları "mərhələli həll” planı əsasında gedib” deyən Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Norvuz Məmmədovu təkzib etməzdi.
O ki qaldı Bakıda səsləndirilən "kiçik ümid yaradan amillər” ifadəsinə, ekspertin sözlərinə görə, burada söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etmək olar:
"Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Bunun məğzi odur ki, Dağlıq Qarabağın müvəqqəti status olur, bu arada isə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, azərbaycanlılar geri qayıdırlar və ermənilər əvvəlki həyat tərzlərinə davam edirlər. Ancaq problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də bunun nə qədər çəkəcəyini bilmək və yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Bu isə bütün razılaşmanı pozur. Və heç bir işartı yoxdur ki, Kreml İrəvanı bu tələbdən vaz keçməyə məcbur etmək istəyir".
Elxan Şahinoğlunun sözlərinə görə, tərəflərin danışıqların dinamizmi ilə bağlı optimizmi özünü doğrultmaya da bilər:
"Keçmiş illərdə də belə hallar olub. Hətta danışıqlarda elə bir il olub ki, ATƏT-in Minsk Qrupu həmsədrləri "münaqişə bu ilin sonuna qədər həll olunacaq” kimi açıqlamalar veriblər. Azərbaycan və Ermənistan prezidentləri 2008-ci ildə Moskvada Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə 5 maddəlik ortay bəyanat imzalamışdılar. O zaman da bu optimist açıqlamalar səslənmişdi. Ancaq bütün bunlar münaqişənin həllini və sülh anlaşmasının imzalanmasını sürətləndirmədi. Ona görə də əgər bu dəfə də danışıqlar konkret nəticəyə gətirib çıxarmasa, bir neçə aydan sonra cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi