Ağstafanın yeni polis rəisi kimdir?

img

12-07-2016 [14:21]


Xəbər verdiyimiz kimi, Ağstafa Rayon Polis Şəbəsinə (RPŞ) yeni rəis təyin olunub.

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şəbəsinin rəisi postundan azad edilən polis polkovniki Elsevər Aslanov Ağstafa polisinin rəhbərliyinə gətirilib.

Ağstafa Rayon Polis Şəbəsinin yeni rəisi Elsevər Aslanov kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun kiçik qardaşıdır. Qeyd edək ki, Aslan Aslanov kənd təsərrüfatı nazirinin müavini işləməzdən əvvəl uzun müddət Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

Aslan Aslanovun adı oğlunun ölüm işi ilə əlaqədar son illər tez-tez mətbuatın gündəmində olub.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA