Sumqayıt şəhərində bir qrup pensiyaçı yolu bağlamaq istədi, polis müdaxilə etdi - VİDEO

img

12-07-2016 [13:40]


Bu gün səhər saatlarında Sumqayıt şəhərində bir qrup pensiyaçı yolu bağlayıb.

Belə ki, şəhərin Sahil küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qarşısına toplaşan bir qrup pensiyaçı avtomobillərin  hərəkətinə mane olaraq yolu kəsiblər.

Pensiyaçıların yolu bağlamasına səbəb kimi təqaüdlərin gecikməsi göstərilir. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.

Xeberle.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA