12-07-2016 [12:48]
Bütün Azərbaycanın sevimli operatoru olan Azercell isti yay mövsümü boyunca ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzməkdədir. Artıq 4-cü ildir ki, Azercell Azərbaycanın regionlarında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır.
Bu yay Azercell-in 50-ə yaxın əməkdaşı xüsusi layihə çərçivəsində səyyar müştəri xidməti funksiyasını həyata keçirir. Bu zaman müştərilər üçün həm səyyar satış təşkil olunur, həmçinin yeni məhsul və xidmətlər onlara maraqlı formatda təqdim olunur. Layihə boyunca müxtəlif rayon sakinlərinə fərqli əyləncəli proqramlar təqdim olunur, onlar arasında maraqlı oyunlar, müsabiqələr keçirilir.
Bölgələrdə həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı təmasların artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir. Bu cür kampaniyalar, həmçinin, abunəçilərin tələb və ehtiyacları ilə yaxından tanış olmağa şərait yaradır.
Azercell Telekom-un bölgələrdə keçirdiyi maraqlı layihənin daha bir məqsədi abunəçiləri yeni məhsullarla daha yaxından tanış etməkdir. Çünki, bu tədbirlər müştərilərin özlərinə uyğun məhsul və ya xidmətin seçimində onlara kömək edir. Azercell tərəfindən aparılan bu kampaniya hər il yüz minlərlə insanı əhatə edir, şirkətin öz müştəriləri ilə birbaşa ünsiyyət qurmasına yardımçı olur.
Qeyd edək ki, hazırda Azercell şirkəti Bakı və Abşeron yarımadasından kənarda yaşayan müştəriləri üçün "Bölgələrdə limitsiz danışıq” kampaniyasını həyata keçirir. Azercell əməkdaşları bölgə sakinləri ilə görüşdə həm də bu cəlbedici kampaniya haqqında yerli əhaliyə ətraflı məlumat verirlər. Belə ki, "Bölgə” tarifində olanlar günlük limitsiz danışıq paketinə qoşulmaqla Azercell-lilərlə gün boyu istənilən qədər danışa bilərlər.
Azercell-in bölgə səfərləri, rayonlarda keçirilən aksiya və göstərilən xidmətlər haqqında mütəmadi olaraq Azercell-in Facebook səhifəsindən məlumat almaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi