Baku Oxford School və bmi zirkəti, British Midland international, inza müsabiqəsi keçirir

img

16-04-2010 [02:55]


Baku Oxford School və bmi şirkəti, British Midland İnternational, Bakıda, məktəblilər arasında inşa müsabiqəsi keçirir. Müsabiqə şagirdlərə Bakıdan Londona 2 bilet əldə etmək, universitet şəhərcikləri ilə tanış olmaq və semestri payızda başlayan Britaniya universitetlerindən birinə rəsmi səfər etmək şansı uğrunda yarışmaq şərait yaradacaq. Aprelin 17-nə planlaşdırılan müsabiqədə aşağıdakı tədris müəssisələrində oxuyan şagirdlərin iştirakı gözlənilir: Baku Oxford School, 23 ?-li məktəb, 160 ?-li məktəb və Bakı Avropa Liseyi. Hər bir orta məktəb müsabiqədə ən azı 10 şagirdlə təmsil olunacaq. Həmin 10 şagird tədris müəssisəsi tərəfindən fərdi şəkildə seçiləcək. Müsabiqədə ümumilkdə 60 şagirdin iştirakı gözlənilir. Ən böyük həyacan isə Aprelin 17-də olacaq, çünki iştirakçılar bmi tərəfindən təqdim olunacaq gizli mövzuda ingilis dilində inşa yazacaqlar. Müsabiqə zamanı həmçinin inşanın yazılması üçün vaxt məhdudiyyəti də qoyulacaq. Müsabiqənin xoşbəxt qalibi Mayın 10-a kimi elan ediləcək və o, Böyük Britaniyada universitet həyatı ilə tanış olmaq üçün özünə təyyarədə yer seçməli olacaq! bmi şirkətinin Azərbaycan üzrə Satış Meneceri Səbinə İsmayılova müsabiqə təşəbbüsünü şərh edərkən, bunları söyləyib:?bmi Bakıda şagirdlər üçün əyləncəli, yaradıcı, maraqlı və eyni zamanda təhsilş dəstəkləyən layihə keçirdiyi üçün şaddır. Təhsil yalnız biliklər və elm demək deyil, təhsil həm də mədəniyyətlər arasında körpü deməkdir və məhz buna görə də bmi az və ya çox dərəcədə olmasına baxmayaraq bu prosesdə yaxından iştirak etdiyi üçün xoşbəxtdir?. Baku Oxford School-un Baş Meneceri Aygün Məmmədova qeyd edib: ?Baku Oxford School bmi şikəti tərəfindən keçirilən inşa müsabiqəsini qəbul etməyə çox şaddır. Biz bütün iştirakçıları salamlayırıq və ümid edirik ki, bu tədbir şagirdlərin müxtəlif ölkələrə və mədəniyyyətlərə olan marağını artıracaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA