Uçot dərəcəsi mərhələli şəkildə artırılacaq – FED

img

12-07-2016 [10:56]


İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra Federal Ehtiyatlar Sisteminin (FED) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb.

 "Bloomberg" agentliyi xəbər verir ki, Kanzas ştatının FED rəhbəri Ester Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib.

"Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam. Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabətqabiliyyətli olduğunu sübut etdi", – deyə, E. Corc qeyd edib.

FED rəsmisi əmək bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb: "İşsizliyin səviyyəsi normaya olduqca yaxındır". 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA