11-07-2016 [17:03]
Ədliyyə Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”də dəyişikliklər edib.
Dəyişiklik Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin bölmələrinin yaradılması və nikah evlərində müdir müavini vəzifəsinin təsis edilməsi ilə bağlıdır. Qeydiyyat şöbələrinin bölmələrinin vəzifələri də müəyyənləşib. Bura nazirliyin müəyyənləşdirdiyi bölgü üzrə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamə, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış, təsis sənədlərinin (nizamnamənin və ya əsasnamənin, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və digər sənədlərin) surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatını vermək, qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərində edilmiş dəyişikliklərin, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatını aparmaq, onların adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə vermək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin ləğvi barədə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeyd aparmaq, qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə reyestr məlumatlarının, habelə onların təsis sənədlərinə edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişiklikləri barədə məlumatların qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə və müvafiq informasiya sisteminə ötürülməsini həyata keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətini yoxlamaq, aşkar edilmiş qanun pozuntusu və nöqsan barədə müvafiq rayon (şəhər) icra hakimiyyətini, göstərilən hallar mütəmadi baş verdikdə və ya ciddi nöqsanlar mövcud olduqda nazirliyi məlumatlandırmaq və icra hakimiyyətinin nümayəndəliyini vətəndaşlıq vəziyyəti akt qeydlərinin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ilə təmin etmək daxildir.
Qeydiyyat şöbəsinin bölmələri vəzifələrini həyata keçirmək üçün icra hakimiyyətinin nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətinin yoxlanılmasının nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmək, o cümlədən aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında müvafiq vəzifəli şəxslərə köməklik göstərmək, habelə bu istiqamətdə regional ədliyyə şöbələri ilə əməkdaşlıq etmək, qeyri-kommersiya qurumlarının, təhsil müəssisələrinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsində iştirak etmək hüququna malikdir. Bu dəyişikliklərdən sonra müvafiq olaraq qeydiyyat şöbələri fəaliyyətini birbaşa və ya strukturunda olan bölmələri vasitəsi ilə həyata keçirəcək.
Qeydiyyat şöbəsinin bölməsinə rəhbərlik edən şəxsin vəzifələri də müəyyənləşdirilib. Bura qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılmasını, təsis sənədlərinə edilən dəyişikliyin, eləcə də qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını təmin etmək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin ləğvi barədə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeyd aparılmasını təmin etmək, qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə reyestr məlumatlarının qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə ötürülməsinə nəzarət etmək, qeyri-kommersiya qurumlarının, təhsil müəssisələrinin və vətəndaşlıq vəziyyəti akt qeydlərinin dövlət qeydiyyatına dair zəruri məlumatların müvafiq informasiya sistemlərinə ötürülməsinə və ötürülən məlumatların dəqiqliyinə nəzarət etmək daxildir.
Nikah evlərində müdir müavinlərinin də səlahiyyətləri müəyyənləşib. Nikah evinin baş mütəxəssisi (böyük inspektor), böyük mütəxəssisi (inspektor) və aparıcı mütəxəssisi (kargüzar) vəzifə və iş bölgüsünə əsasən müdir müavininintapşırıqlarını yerinə yetirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi